Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
Astronavtika Konqresinin Bakıda keçirilməsi həm də Azərbaycana olan etimadın göstəricisidir

3/3

  •  Azərbaycan inkişaf edərək qüdrətləndikcə ölkəmizdə keçirilən mötəbər beynəlxalq tədbirlərin də coğrafiyası genişlənir. Oktyabrın 2-də Bakı Konqres Mərkəzində 74-cü Beynəlxalq Astronavtika Konqresinin açılış mərasiminin keçirilməsi Azərbaycana olan etimadın göstəricisidir. Kosmik texnologiyalar sahəsində innovativ yeniliklərin müzakirəsinə həsr edilən Beynəlxalq Astronavtika Konqresi qlobal miqyasda etimad göstərilən mötəbər tədbirlərdəndir. 

       100-dən artıq ölkəni təmsil edən 5minə yaxın mütəxəssisin Bakıda toplanması ciddi çalışmaların nəticəsidir. 

       Ölkəmizdə kosmik sənayenin inkişafına dəstək verilməsi , bu sahədə əməkdaşlığın genişləndirilməsi bu konqresin ölkəmizdə keçirilməsini şərtləndirən amillər sırasındadır.   

       Konqresin açılış mərasimində cənab prezident İlham Əliyevin iştirak etməsi və nitq söyləməsi Azərbaycanın bu tədbirə böyük önəm verdiyini göstərir. Dövlət başçımız çıxışında qeyd etdi ki, ölkəmizdə kosmik sənayenin inkişaf etdirilməsi üçün sərmayələrin artırılması planlaşdırılır. Azərbaycanın 10 ildən artıq bir müddətdə beynəlxalq kosmos klubunda təmsilçiliyini, həmçinin 45 ölkəyə xidmət göstərən 2 telekommunikasiya və 1 Yer səthinin müşahidəsi peykinə sahib olması faktını qeyd edən cənab prezident xüsusi şəkildə vurğuladı ki, bütün bu proseslər azərbaycanlı mütəxəssislər tərəfindən idarə olunur.

      Cənab prezident İlham Əliyevin konqresin açılış mərasimindəki çıxışı yalnız ölkəmizin texniki inkişaflarının təqdimatı ilə məhdudlaşmadı , həm də siyasi cəhətdən böyük əhəmiyyət kəsb etdi. Bu çıxış dünyanın aparıcı güclərinə , Azərbaycanı küçümsəməyə çalışan dövlətlərə, həmçinin dost və qardaş dövlətlərə ünvanlanmış siyasi mesajlarla da zəngin oldu.

       Azərbaycanda kosmik sənayenin inkişafına uzun illər öncədən təşəbbüs göstərildiyi qeyd olundu. Hətta Azərbaycan Sovetlər İttifaqının tərkibində olduğu dövrdə Ümummilli lider Heydər Əliyev Beynəlxalq Astronavtika Konqresinin Bakıda keçirilməsi üçün təşəbbüs göstərib. Məhz onun səyləri nəticəsində 50 il qabaq Astronavtika Konqresinin Bakıda keçirilməsi mümkün olub. 

       Amma Azərbaycanda kosmik sənayenin inkişafı məhz ölkəmizin müstəqilliyi dövründə ciddi nəticələr verib. 

        Bu gün Azərbaycan beynəlxalq ictimaiyyətin fəal üzvü kimi siyasi, iqtisadi, regional inkişaf proqramlarında iştirak edir. Ölkəmizin Avropa ilə Asiya arasında yerləşməsi və iki qitəni birləşdirən iqtisadi körpü rolunu oynaması bizə regionumuzda geniş beynəlxalq əməkdaşlıq qurmaq imkanı verir . Bu imkanlar genişləndikcə ölkəmiz daha da inkişaf edir, ölkəmizə olan etimad daha da güclənir. 

       Əlbəttə ki , bütün bunlar cənab prezident İlham Əliyevin apardığı müdrik siyasətin nəticəsində mümkün olmuşdur. 

    Yaşasın Azərbaycan! 

    Var olsun Müzəffər Ali Baş Komandanımız!

    Zülfü Quliyev,

    Xocalı rayon sakini
    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməÜmumi
    Kateqoriyaİqtisadiyyat
    Yerləşdirdi
    Yerləşdirildi7 ay öncə
    İzlənib38 dəfə
    astronavtika konqresinin bakıda keçirilməsi həm azərbaycana olan etimadın göstəricisidir

    Maraqlı gələ bilər
    151
    29
    51
    32